Yunanıstanlı nazirdən ancaq bunu gözləmək olardı Açıqlama

"Rusiya təyyarəsi Suriya ərazisində vuruldu"
Yunanıstanlı nazirdən ancaq bunu gözləmək olardı Açıqlama

Yunanıstanın Müdafiə naziri Panos Kammenos Rusiyaya məxsus təyyarənin Türkiyə ərazisində deyil, Suriya ərazisində vurulduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, nazir Türkiyənin bu həqiqəti bildiyini iddia edib.

O bildirib ki, əgər Rusiya təyyarəsi Türkiyə ərazisində vurulsaydı, bu zaman o, NATO-dan Şimali Atlantika Nizamnaməsinin beşinci maddəsinə əsasən hərəkət etməsini tələb edərdi.

Bu maddəyə əsasən NATO-ya üzv olan hər hansı bir ölkə hücuma məruz qalırsa, o zaman bu hücum bütün NATO üzvlərinə şamil olunmuş sayılır.

Nazir Yunanıstanın da NATO-ya üzv olan ölkələrdən biri olduğunu qeyd edib: "Əgər təyyarə Türkiyə ərazisində vurulsaydı, o zaman Yunanıstan Rusiyanın yox Türkiyənin yanında olardı. Lakin təyyarə Suriya ərazisində vurulub".

Bütün xəbərlər Facebook səhifəmizdə