Rusiyanın Müdafiə Nazirliyi İŞİD terrorçularının kimlər tərəfindən maliyyələşdirildiyini və təşkilatın neft gəlirlərinin mənbəyini tapmaq üçün araşdırma başlatdıqlarını açıqlayıb. Bu barədə mətbuat konfransı keçirilib və araşdırma əsasında sübutların ortaya qoyulacağı bildirilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, araşdırmaların nəticəsi nazirliyin rəsmi saytında yerləşdiriləcək.
Rusiyanın Müdafiə nazirinin müavini Anatoli Antonov bildirib ki, İŞİD-i məğlub etməyin yeganə yolu təşkilatın neft gəlirlərinin qarşısını almaq və əsas maliyyə dəstəyini məhv etməkdən ibarətdir. Eyni zamanda Anatov Suriyada İŞİD tərəfindən ixrac olunan qeyri-qanuni neftin əsas daşıyıcısının Türkiyə olduğunu vurğulayıb. O, İŞİD tərəfindən istehsal olunan neftin əsasən Türkiyəyə ixrac olunduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB