NATO Rusiyanı təhdid etdi: Müharibəyə başlaya bilərik

NATO Rusiyanı təhdid etdi: Müharibəyə başlaya bilərik

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Vaşinqton müqaviləsinin beşinci maddəsinin işə salınmasına dair qərar qəbul ediblər. SİA-nın məlumatına görə, bu barədə alyansın baş katibi Yens Stoltenberq bəyan edib.

"Biz qərara gəldik ki, hibrid hücumlar NATO-nun Vaşinqton müqaviləsinin beşinci maddəsinin işə düşməsinə gətirib çıxara bilər", - o deyib.

Vaşinqton müqaviləsinin beşinci maddəsi alyansa üzv ölkələrdən birinə qarşı təcavüzə bütün üzvlərin hərbi cavabını nəzərdə tutur.

Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyənin hava məkanının müdafiəsi üçün əlavə tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul etdikləri barədə məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə