ABŞ prezidentinin administrasiyası konqressin Kubada fəaliyyət göstərən Quantanamo həbsxanasının bağlanması və onun yerinə Amerikada yeni həbsxananın tikilməsi təklifini rədd edib. SİA-nın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yazır.
"Ağ ev" bunu belə izah edib ki, həbsxananın bağlanması federal büdcəyə yarım milyard dollara başa gələcək və bu rəqəm kifayət qədər çoxdur. Bu baxımdan, Quantanomonun bağlanması planı konqresə geri göndərilərək, onun yenidən hazırlanması tövsiyə edilib. Nəşr qeyd edir ki, Barak Obamanın prezident seçkiləri ərəfəsində verdiyi vədlərindən biri də Quantanamonun bağlanması barədə olub. Lakin hazırda həbsxananın bağlanmasına sərf ediləcək məbləğin çoxluğu onun verdiyi vədə əməl etməsini gecikdirir.
Qeyd edək ki, Pentaqonun hesablamalarına əsasən, həbsxananın bağlanması 600 milyon dollara başa gələ bilər. Bundan əlavə yeni həbsxanaların tikilməsinə əlavə olaraq 350 milyon dollar sərf ediləcək.
"Hazırda Quantanamonun illik xərci 400 milyon dollardır. Əgər yeni həbsxana tikilərsə, ona xərclənəcək məbləğ 300 milyondan artıq olmayacaq. Lakin buna baxmayaraq, Pentaqon xüsusi təhlükəli cinayətkarlar üçün yeni tikiləcək həbsxananın harada olacağını müəyyənləşdirməyib" –deyə "The Wall Street Journal" nəşri yazır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB