Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Barak Obama ilə ABŞ-ın Paris səfirliyində həyata keçirilən görüşdə Rusiya-Türkiyə münasibətlərinə toxunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident Ərdoğan Türkiyənin bu hadisədən zərərli çıxmaq istəmədiyini, əksinə bölgədə sülh şəraitinin qurulmasının tərəfdarı olduğunu bildirib.
Ərdoğan son zamanlar iki ölkə arasındakı gərgin münasibətlərə nəzər yetirib: "Biz vəziyyəti düzgün qiymətləndirməyə çalışırıq. Problemi diplomatik üsullarla aradan qaldırmağa çalışırıq. Bölgədəki bu gərginlik bizi narahat edir. Bu problemlər hər iki tərəfə zərər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB