Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP-21) çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentlər arasında görüş bir saat sürüb. Görüşdə Suriyadakı vəziyyət, terrora qarşı birgə mübarizə və Türkiyənin sərhədini pozduğu üçün vurulan Rusiya təyyarəsi ətrafında yaranan vəziyət müzakirə olunub.
Mətbuat üçün qapalı olan görüşdən sonra iki ölkənin liderləri birgə mətbuat konfransı keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB