Mahmud Abbas və Binyamin Netanyahu bir-birinin əlini sıxıb
Beş ildə ilk dəfə

İsrailin Baş naziri Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas BMT-nin Parisdə keçirilən iqlim dəyişiklikləri məsələsinə dair konfransının kuluarlarında beş ildə ilk dəfə bir-birinin əlini sıxıb.

TASS informasiya agentliyi xəbər verir ki, İsrail və Fələstin liderləri tərəflər arasında on illərdir ki, davam edən qarşıdurmanın nizamlanmasına dair birbaşa danışıqların iflasdan - 2010-cu ildən bəri ilk dəfə əl tutub görüşərək replika mübadiləsi ediblər.

Xatırladaq ki, sülh prosesi 2013-cü ildə ABŞ-ın vasitəçiliyi ilə bərpa olunsa da, 9 aydan sonra yenidən pozulmuşdu. 2014-cü ilin yay aylarında isə münaqişə zonasında vəziyyət yenidən gərginləşmiş, İsrail hərbi əməliyyatlara, Fələstin isə raket zərbələrinə başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə