Rusiya prezidenti Vladimir Putin Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək. SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Ərdoğanla görüş planlaşdırılmır, belə bir görüşdən söhbət getmir. Görüş olmayacaq", - deyə o, söyləyib.
D. Peskov iki prezident arasında telefon danışığını da istisna edib: "Hələlik Putinin qrafikində hər hansı belə əlaqə yoxdur. Başqa şərh vermək istəməzdim".
O, sammitdə ABŞ prezidenti Barak Obama ilə Putin arasında görüş keçiriləcəyini də əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB