Obama qızları ilə kitab mağazasında olub

Obama qızları ilə kitab mağazasında olub

ABŞ prezidenti Barak Obama qızları birlikdə Vaşinqtonda bir kitab mağazasında olublar. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 9 kitab alan Obamaların seçdiyi əsərlərdən ən diqqət çəkəni isə Hind əsilli ingilis yazar Salman Rüşdinin "İki il Səkkiz Ay 28 Gün" adlı romanı olub.

Qeyd edək ki, Rüşdinin 1989-cu ildə yayımlanan "Şeytan ayələri" kitabı Hz. Məhəmmədə təhqir ehtiva etdiyi üçün İslam aləminin kəskin etirazına səbəb olub və İranın ruhani lideri Ayətullah Xomeyni Rüşdi üçün "öldürülməlidir" (qətli vacib) fətvası verib.

Bütün xəbərlər Facebook səhifəmizdə