Şimali Koreya lideri edama hazırlaşır? UĞURSUZ SINAQ

Şimali Koreya lideri edama hazırlaşır? UĞURSUZ SINAQ

Cənubi Koreyanın kəşfiyyatı təsdiq edir ki, Şimali Koreyanın lideri Kim Çen In ballistik raketin uğursuz sınağını sualtı qayıqdan şəxsən müşahidə edib. SİA xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Rönxap" xəbər agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Koreya Respublikasının dövlət kəşfiyyat agentliyinin direktoru Li Bön Xo bu barədə rəsmi məruzəsində bildirib. Məruzədə vurğulanır ki, Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) lideri Kim Çen In ballistik raket havaya buraxılarkən Yapon dənizinin sahillərində üzən hərbi sualtı qayıqda olub. Ehtimal olunur ki, uğursuz sınaq ŞKXDR-nın daha bir neçə hərbi nazirinin edamı, yaxud da digər cəzası ilə nəticələncək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə