ABŞ-ın vitse-prezidenti Co Bayden ilə İtaliyanın Baş naziri Matteo Renzi arasında Romada keçirilmiş görüşdə qlobal təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Co Bayden dünyada təhlükəsizliyin bərqərar olunması və beynəlxalq terrorizmlə mübarizə istiqamətində İtaliyanın göstərdiyi səylərə və verdiyi töhfələrə görə minnətdarlığını bildirib.
Tərəflər İŞİD terrorçu qruplaşmasının məğlub edilməsində birgə səylərin göstərilməsi, terrorizmlə mübarizədə əməkdaşlıq, ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi kimi məsələləri müzakirə ediblər.
Söhbət zamanı enerji resurslarının şaxələndirilməsi, Ukrayna məsələsi, Suriyada və Liviyada gərginlik və digər məqamlara dair fikir mübadiləsi də aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB