“Təcili yardım” maşınında 2,4 milyardlıq narkotik

“Təcili yardım” maşınında 2,4 milyardlıq narkotik

Niderland qruplaşmasının üzvləri Böyük Britaniyaya saxta "təcili yardım" maşını ilə 2,4 milyard dollar həcmində yüzlərlə kiloqram narkotik vasitə keçirib. Vesti.ru saytı xəbər verir ki, heroin, kokain və digər narkotik vasitələrin Böyük Britaniyanın müxtəlif nöqtələrinə - Esseks, London, Mançester, Mersisayd, Uest-Yorkşir və Midlends şəhərlərinə aparılması üçün saxta tibbi geyimlərdən və saxta xəstələrdən istifadə edilib.

Təhqiqat zamanı qaçaqmalçıların 2014-cü ilin əvvəlindən 2015-ci ilin ortalarınadək Britaniyaya azı 45 narkotik partiyasını keçirdikləri məlum olub.

Dəstə üzvlərini uzunmüddətli həbs cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə