Türkiyənin Diyarbakır vilayətinin vəkillər bürosunun sədri Tahir Elçi PKK terror qruplaşmasının hücumu nəticəsində həlak olub. Anadolu Agentliyi xəbər verir ki, terror təşkilatının daha əvvəl törətdiyi hücumlarla əlaqədar noyabrın 28-də Diyarbakır vilayətinin Sur rayonunda təşkil olunan mətbuat konfransına silahlı basqın edilib. Təhlükəsizlik qüvvələri dərhal cavab atəşi ilə hücumun qarşısını almağa çalışıblar.
Baş verən atışmada Tahir Elçi həlak olub, üç polis əməkdaşı, Anadolu Agentliyinin müxbiri Əziz Aslan və bir neçə nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan polis əməkdaşlarından xəstəxanada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB