Fransadan Rusiyaya DƏSTƏK

Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşən Fransa prezidenti Fransua Olland Rusiyaya dəstək verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Parisdə 130 adamın həyatını itirdiyi hücumların ardından İŞİD-ə qarşı mübarizənin tək bir koalisiya üzərindən daha təsirli şəkildə davam etdirilməsi çağırışını edən Fransa prezidenti rusiyalı həmkarı ilə bir sıra məsələləri müzakirə edib.

Görüşdə Rusiya prezidenti Moskva və Parisin terrorla mübarizə üçün geniş koalisiya yaradılmasının vacibliyi mövzusunda ortaq rəyə sahib olduğunu söyləyib.

Vladimir Putin deyib: "Rusiya və Fransanın terrora verdiyi qurbanlar iki ölkənin terrorla mübarizə səylərini birləşdirməsini zəruri edir. Rusiya uzun zamandır ağır terror hücumları ilə qarşı-qarşıya qalıb və ciddi itkilər verib".

Fransua Holland bildirib: "Birlikdə necə hərəkət edə biləcəyimizi müzakirə etmək məqsədilə Moskvaya gəldim. Beləcə ortaq düşmənə qarşı təsirli bir şəkildə mübarizə apara bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə