Heyətində 3 pilot, 22 nəfər sərnişini olan Rusiyaya məxsus Mi-8 helokopteri Krasnoyarsk vilayətinin Turuxan rayonu ərazisində qəzaya uğrayıb. SİA "RİA Novosti"-yə istinadən xəbər verir ki, ilkin ehtimala görə, insident zamanı ən azı 12 nəfər həlak olub. Daha öncə isə iki nəfərin həlak olduğu barədə məlumatlar verilmişdi.
Həlak olan sərnişinlərin İqrakidə neftçıxarma qurğularında işləyən fəhlələr olduğu bildirilir. Sağ qalan sərnişinlər qəzadan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətinə zəng edərək, hadisə barədə məlumat veriblər.
Hazırda qəza yerinə axtarış-xilasetmə qrupunun göndərildiyi bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB