Roma Papası Fransiskin Afrikaya tarixi səfəri başlayıb. Beş gün davam edəcək səfər çərçivəsində Roma Papasını 74 jurnalist müşayiət edir.
Papa Fransiskin Afrika ölkələrinə səfəri dinlərarası dialoqu və sülh içində birgəyaşayışı təbliğ etməkdir. Keniyada, Uqandada və Mərkəzi Afrika Respublikasında keçiriləcək bir sıra görüşlər çərçivəsində uzun illərdir ki, gərginliyin hökm sürdüyü bu bölgələrdə sabitliyin bərqərar edilməsi diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Roma Papasının Afrikaya səfəri yüksək təhlükəsizlik tədbirləri əhatəsində həyata keçirilir. Müqəddəs Taxt-Tacın mətbuat idarəsinin rəhbəri Federiko Lombardinin sözlərinə görə, Fransa dairələri Roma Papasının Afrika səfəri zamanı mümkün risklərin mövcud olmasına dair xəbərdarlıq ediblər. "Lakin ümid edirik ki, səfər planlaşdırıldığı kimi davam edəcək və Roma Papası sülh mesajını bu bölgəyə çatdıra biləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB