Rusiya Türkiyəyə təyyarə göndərir SON DƏQİQƏ

Rusiya Türkiyəyə təyyarə göndərir SON DƏQİQƏ

Rusiyanın Türkiyədə olan vətəndaşlarını almaq üçün boş bir təyyarə göndərdiyi öyrənilib. Türk Hava Qüvvələrinin dünən sərhəd pozuntusu edən və bütün xəbərdarlıqları nəzərə almayan Rusiya Hava qüvvələrinə aid Su-24 tipli döyüş təyyarəsini vurmasından sonra Rusiya-Türkiyə münasibətləri gərginləşib.

SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargahının şərhlərindən sonra Rusiyadan da reaksiyalar gəlməyə başlayıb. Rusiya Dövlət Başçısı Vladimir Putin Türkiyənin Suriya sərhədində Rus təyyarəsini vurmasının Moskva-Ankara münasibətləri üçün ciddi nəticələri olacağını ifadə edərək, "Təyyarəmizin vurulması arxadan vurulan bıçaq zərbəsi oldu" deyib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə vətəndaşlarına 'Türkiyəni ziyarət etməməyi' məsləhət görüb.

NATO Avropa Müttəfiq Qüvvələri Yüksək Komandanlığından edilən şərhlərdə isə Rusiyanın sərhəd pozulmasında kifayət qədər "təcrübəsi" olduğu vurğulanaraq, ötən il Rus reaktivlərinin Avropadakı bir çox ölkənin hava sahəsidə ən az 150 dəfə pozuntu etdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə