"Gərginlik azaldılmalıdır"
Ərdoğan Obama ilə GÖRÜŞÜB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefonda görüşərək vurulan təyyarə mövzusunu müzakirə edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefonda görüşərək Türk hava sahəsini pozan Rus təyyarəsinin salınması mövzusunu qiymətləndirib. Obama görüşdə Türkiyənin milli suverenliyini müdafiə hüququnun ABŞ və NATO tərəfindən dəstəkləndiyini ifadə edib.

Ərdoğan və Obama bənzər hadisələrin təkrarlanmamasını zəmanət altına alacaq tənzimləmələri etmənin, gərginliyi aşağı salmanın əhəmiyyəti barəsində isə həmfikir olduqlarını ifadə ediblər. İki lider, Suriyada siyasi keçid prosesini təmin etmək üzrə İŞİD-ə qarşı ortaq mübarizəni davam etdirmə mövzusundakı qətiyyətlərini da təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə