Türkiyə Rusiya təyyarəsini belə vurdu

Türkiyə Rusiya təyyarəsini belə vurdu

Bu gün Suriya sərhədində Türkiyə döyüş təyyarələri tərəfindən vurulan "Su-24" tipli təyyarənin Rusiyaya məxsus olduğu məlum olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisəni təsdiqləyən Rusiya təyyarənin Türkiyə hava ərazisini pozmadığını bildirib.

Rusiyanın verdiyi açıqlamaya görə Türkiyə təyyarəni sərhədi keçmədən vurub.

Türkiyə isə təyyarənin vurulmadan öncə xəbərdar edildiyini bildirib.

Qeyd edək ki, təyyarə vurulduğu zaman Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanın ittihamları qəbul etmədiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə