Rusiyaya tətbiq edilən sanksiyaların müddəti Qərb liderləri tərəfindən 6 ay uzadılıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, sanksiyaların müddəti Rusiyanın Ukrayna ilə bağlı mövqeyini dəyişmədiyinə görə uzadılıb.
Yüksək rütbəli Avropa Birliyi nümayəndəsinin verdiyi məlumata görə, keçən həftə Türkiyədə keçirilən G20 sammiti çərçivəsində görüşən Qərb liderləri Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətinin uzadılmasına qərar veriblər. "Röyters"in verdiyi informasiyaya görə sanksiyaların müddəti gələn ilin iyul ayına qədər uzadılacaq.
Qeyd edək ki, qərar G20 sammiti bitdikdən sonra qəbul edilib. Qərarın qəbulunda ABŞ prezidenti Barak Obama, Almaniyanın Baş naziri Angela Merkel, İngiltərə Baş naziri Devid Kemeron, İtaliyanın Baş naziri Matteo Renzi və Fransanın Xarici İşlər naziri Laurent Fabius iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB