İŞİD-lə müxalif qüvvələr arasında Qarşıdurma

İŞİD-lə müxalif qüvvələr arasında Qarşıdurma

Türkiyənin Kilis mahalının qarşısında yerləşən Suriya kəndində İŞİD qüvvələri və müxalifətçi Fəth Ordusu arasında qarşıdurma yaranıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə Türkiiyə ilə sərhəd bölgədə yerləşən Suriyanın Baraqat kəndində İŞİD qüvvələri ilə müxalifətçi qüvvələr arasında atışma baş verib.

Qarşıdurma zamanı tərəflər bir-birinə bombalı hücumlarla qarşılıq veriblər. Atışmanın getdiyi bölgədə müəyyən fasilələrlə partlayışlar baş verib. Bölgədə bir çox döyüş təyyarəsi kəşfə çıxıb.

Hazırda Türkiyənin Suriya sərhəddə yerləşən Akıncı kəndində təhlükəsizlik tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə