Putin 7 il sonra İranda

Rusiya prezidenti Vladimir Putin 7 il fasilədən sonra bu gün ilk dəfə İrana gedir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, bu gün Tehranda İran prezidenti Həsən Ruhani və ölkənin dini rəhbəri Xamanei ilə görüşəcək.

Görüşdə müzakirə olunacaq əsas məsələlər enerji üzrə əməkdaşlıq və Suriya böhranı olacaq.

Putin Rusiyanı Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində təmsil edəcək. Forumda 12 üzv ölkə ilə yanaşı Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qatar, Rusiya, Trinidad-Tobaqo, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri başçıları da iştirak edəcək. Eyni zamanda Hollandiya, Norveç, İraq, Oman və Peru forumda müşahidəçi ölkələr statusunda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə