"Amerikalı xüsusi təyinatlıları qısa zamanda, hətta daha tez bir vaxtda Suriyaya daxil olacaqlar". SİA xəbər verir ki, bu barədə ABŞ-ın "İslam Dövləti"-nə qarşı koordinasiya kampaniyasının rəhbəri Brett Makqurk CBS-ə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, xüsusi təyinatlılar radikal islamçılara qarşı çox uğurlu əməliyyatlar həyata keçirirlər. Belə ki, daha öncə Suriyaya göndərilmiş xüsusi təyinatlıların təlimlərini aldıqdan sonra, kürd silahlı qrupları "İslam Dövləti"nin "paytaxtı" elan edilmiş Raqqa vilayətinin min kvadrat kilometr ərazisini geri ala biliblər. Nəticədə terror təşkilatının 300-dək üzvü öldürülüb.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama oktyabr ayında kürd silahlılarına yardım məqsədilə Suriyaya 50 amerikalı xüsusi təyinatlının göndərilməsi barədə qərar qəbul etmişdi.
Brett Makqurk isə bu yardımın davam etdiriləcəyini sözügedən müsahibəsində vurğulayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB