Fransız Generaldan İŞİD AÇIQLAMASI

"İŞİD problemi ancaq diplomatik yolla həll edilə bilər"
Fransız Generaldan İŞİD AÇIQLAMASI

Fransa ordusunun Baş qərargah rəisi general Pierre də Villiers, qısa vaxt ərzində İŞİD terror təşkilatına qarşı hərbi bir zəfər qazana bilməyəcəklərini ifadə edərək, "Hər kəs bu qarşıdurmanın diplomatik və siyasi yollarla həll ediləcəyini bilir" deyib. SİA Fransanın Journal du Dimanche qəzetinə istinadən xəbər verir ki,Villiers Parisdəki terror hücumları sonrası xalqın qorunması üçün alınan təhlükəsizlik tədbirləri çərçivəsində 34 min əsgərin ölkə səviyyəsində vəzifələndirildiyini söyləyib.

Villiers Rusiyayla İŞİD-ə qarşı əməkdaşlığa dair sual cavab olaraq "İŞİD hamımız üçün ortaq düşmən ancaq hələ İŞİD hədəflərinin təsbit edilməsi ya da vurulması mövzusunda Rusiyayla əməkdaşlıq etmədik" deyə bildirib.

Europe 1 radiosuna danışan Fransa müdafiə naziri Jean-Yves Le Drian isə Fransaya kimyəvi hücum təşkili riskini göz qarşısına aldıqlarını ifadə edərək "bu nöqtədə lazımlı təhlükəsizlik tədbirlərinin alındığını" qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə