Əsəd ordusunun hücumlarından qaçan təxminən 40 min türkmən Türkiyə sərhədinə sığınıb. Çadırlarda qalan suriyalılara Türk Qızılayı kömək edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə sıx hücumların yaşandığı Bayırbucak Türkmən və Cəbəl Əkrad bölgələrindən qaçan təxminən 40 min Suriyalı Türkiyə sərhədində etibarlı gördükləri bölgələrə sığındı.
Suriyalılar son günlərdə Rusiyanın dəstəyi ilə təşkil edilən hava hücumlarından sonra köç etməyə məcbur olub. Bayırbucak türkmənlərinin bəziləri sərhəd yaxınlığındakı qohumlarının yanına yerləşdiyi barədə xəbərlər verilir. Bəziləri də Hatayın Yayladağı sərhəd xəttində kömək dərnəklərinin payladığı çadırlara sığınıb. Ən böyük çətinlik isə soyuq havadan qorunmaq üçün isti çadırılara olan ehtiyacdır. Bu çətinlik səbəbi ilə bəzi çadırlarda 10-15 adam qalır.
Ehtiyacların qarşılanması üçün Türk Qızılayı hərəkətə keçib. Türkiyə sərhədinə yerləşən ailələrə çörək, çadır, ədyal və yataq göndərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB