İstəyən hər ölkə Suriyanı vuracaq
BMT-dən TARİXİ QƏRAR

Rusiyanın beynəlxalq razılaşma olmadan Suriya döyüşünə daxil olmasının ardından BMT Təhlükəsizlik Şurası da əhəmiyyətli bir qərar qəbul edib. BMT üzvü bütün ölkələr terror təşkilatı İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriya torpaqlarına müdaxilə edə biləcək.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın BMT qərarı olmadan Suriyaya müdaxilə etməsinin ardınca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Fransanın təklifiylə Suriya torpaqlarında digər ölkələrin də əməliyyat etməsinin qanuni alt quruluşunu hazırlanıb. Fransa tərəfindən hazırlanan və İŞİD-ə qarşı mübarizənin artırılması və əməliyyatlara qatılan ölkələrin koordinasiyalı hərəkət etməsini ehtiva edən qərar layihəsi BMT Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib.

Qəbul edilən 2249 saylı qərarda İŞİD-in Tunis, Ankara, Beyrut və Parisdəki terror hücumları ilə Rus təyyarəsinin salınması hərəkətləri "dəqiq bir dillə" qınanaraq İŞİD-in beynəlxalq sülh və təhlükəsizliyə təhdid meydana gətirdiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə