İraqda təhlükəsizlik qüvvələri tərəfindən paytaxt Bağdadın şimalında içinə partlayıcı yerləşdirilmiş 18 oyuncaq körpə ələ keçirilib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə oyuncaq körpələrin şiələri hədəf alacaq hücumlarda istifadə üzrə hazırlandığı və edilən əməliyyatla bu hücumların önləndiyi bildirilib. İŞİD-in içinə bomba yerləşdirilən körpələri gələcək ay minlərlə şiənin anma mərasimləri üçün Kərbəla şəhərinə getmək üçün istifadə edəcəkləri yola yerləşdirməyi planlaşdırdığı düşünülür.
Digər tərəfdən İŞİD-in paytaxt Bağdadda bir şiə məscidində təşkil edilən və 6 adamın ölümüylə nəticələnən hücumu boynuna götürdüyü də açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB