Türkiyəyə məxsus təyyarədə bomba həyəcanı

Türkiyəyə məxsus təyyarədə bomba həyəcanı

Nyu-Yorkdan uçan Türkiyə Hava Yollarına məxsus təyyarə bomba həyəcanı ilə Kanadaya yönləndirilərək eniş edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, göyərtəsində 256 nəfər sərnişinin olduğu Türkiyə Hava Yollarına məxsus təyyarə Kanada Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Kanada polisi hadisə ilə bağlı istintaq başladıb.

Qeyd edək ki, bu xəbər 130 nəfərin həlak olduğu Paris hadisələrindən sonra bir həftə ərzində yaşanan növbəti yüksək gərginlikli hadisədir

Bütün xəbərlər Facebook səhifəmizdə