Malinin paytaxtı Bamakoda yerləşən beş ulduzlu oteldə atışma yaşanıb və nəticədə onlardan 7 nəfər Türkiyə Hava Yollarında çalışan işçilər olmaqla 170 nəfər əsir götürülüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əsir götürülmüş işçilərdən 5 nəfəri azad edilib.
Əsirlərdən biri olan Lütfiyə Dəniz Qıvraq əsir götürüldükləri otel otağından əsgər və polisin apardığı əməliyyatlar nəticəsində xilas edildiklərini bildirib.
Anadolu Agentliyinin verdiyi məlumata görə isə artıq 50 nəfər əsir xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB