Malidə qarşıdurma 170 nəfər əsir düşüb

Malidə qarşıdurma 170 nəfər əsir düşüb

Mali Respublikasının paytaxtı Bamakoda yerləşən bir otelin yeddinci mərtəbəsində qarşıdurma baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qarşıdurma zamanı cihadçı olduğu ehtimal olunan 2 şəxs 170 nəfər əsir götürüb, 9 nəfəri isə qətlə yetirib.

"Fransa Mətbuatı Agentliyi" xəbər verib ki, Malinin ən varlı şəxsi hesab olunan Aliko Danqotenin də əsirlər arasında olduğu ehtimal olunur.

Eyni zamanda əsirlər arasında Türkiyə Hava Yollarında çalışan 6 personalın da olduğu bildirilib. Türkiyənin Xarici İşlər Nazirliyi bu məlumatı doğrulayıb.

Bu video hadisə yerində olan çinli turist tərəfindən telefonla çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə