"Hannoversche Allgemeine"qəzetinin "Siz bütün kütləvi tədbirlərdən, məsələn, Milad bazarlarından, konsertlərdən və ya futbol oyunlarından kənarlaşacaqsınızmı?" sualına respondentlərin 47 faizi "yox", özünü təhlükəsizlikdə hiss etməyən 26 faizi "bəli" cavabı verib, 27 faizi isə hadisələrin necə inkişaf edəcəyini izləmək niyyətini açıqlayıb. Qəzetin oxucuları arasında keçirilən internet-sorğunun nəticələrindən belə məlum olur.
"Der Tagesspıegel" qəzeti Frank Yanzenin "Terror bu yolla heç nə əldə etməyəcək" sərlövhəli şərhini dərc edib. Müəllif mümkün terror aktı barədə xəbərdarlıqlara Hannover sakinlərinin reaksiyasını təsvir edib.
F.Yanzen yazır: "Terrorçular və onların tərəfdarları bu axşamı hələ çox xatırlayacaqlar. Qorxu hissinin bizi futboldan, konsertdən, yaxud Milad bazarında dolaşmaq zövqündən məhrum etməsinə yol verməyəcəyik. Əgər hər hansı tədbiri ləğv etmək lazım gəlsə belə, biz növbəti tədbirə sevinəcəyik. Ola bilsin, terrorçular və ruhən onlara çox yaxın olan, islama nifrət və qorxu təbliğ edən irqçilər başa düşəcəklər ki, xəstə xülyalarında gördüklərinin tam əksini əldə ediblər. Göründüyü kimi, başlıca meyil qorxudan sarsılmaq və nifrət deyil, sakit əminlik hissidir. Hər yerdə deyil, amma heç şübhəsiz, azad vətəndaşların çoxunun arasında. Onların içində fanatizmə müqavimət aşkar şəkildə möhkəmlənir. Terror, rədd ol! İrqçiliyi də vur qoltuğuna, özünlə apar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB