İki ölkə arasında imzalanan müqaviləyə görə Çin Rusiyadan 24 ədəd çoxfunksiyalı Su-35 döyüş təyyarəsi alacaq. Dunya.com saytı xəbər verir ki, "Rostex" şirkətinin səlahiyyətli nümayəndəsi Viktor Kladov bildirib ki, uzun müzakirələrdən sonra Çinlə razılıq əldə olunub və bu ölkəyə 24 ədəd, çoxfunksiyalı Su-35 döyüş təyyarəsi satılacağı barədə qərar qəbul edilib.
Qeyd edək ki, Çin hər bir təyyarə üçün təxminən 85 milyon dollar, ümumi olaraq isə 2 milyard dollar ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB