Serbiya və Makedoniya dünən axşamdan etibarən Əfqanıstan, Suriya və İraqdan gələn miqrantlardan başqa bütün miqrantlara sərhədi bağlayıb. SİA-nın "Röyters" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sərhəd keçidlərinin bağlanması nəticəsində bir çox miqrant iki ölkə arasındakı tərəfsiz bölgədə qapalı qalıb.
BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Melita Sunjiç Serbiya sərhədində gözləyən miqrantları Makedoniyaya göndərdiyini lakin Makedoniyanın onları qəbul etmədiyini bildirib.
Sərhədin bağlanması nəticəsində yüzlərlə insan gecəni iki ölkə arasındakı tərəfsiz bölgədə keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB