Türkiyənin Adana şəhərində qeyri-qanuni şəkildə tikilən bufet sökülən zaman sahibkarın yaxınları ilə polis arasında atışma yaşanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumat görə, atışma zamanı ölən və yaralanan olmayıb.
Adana Bələdiyyəsi şəhərin Qayalıbağ məhəlləsində Məhmət Tuqaya məxsus bufetin sökülməsi ilə bağlı qərar verib. Qərara qarşı etirazını nümayiş etdirən ailə üzvləri ilə polis arasında atışma yaşanıb.
İlk olaraq sahibkarın oğlu Ramazan Nuqay bufetin sökülməsinə qarşı çıxıb. Daha sonra isə Məhmət Nuqayın qardaşı oğlu Ramazan Nuqay əlinə tüfəng alaraq bufetin damına çıxaraq, Cəngiz Nuqay adlı ailə üzvü isə əlinə qılınc və dönər bıçağı alaraq polisə qarşı gəlib.

Polislə sahibkarın yaxınları arasında çıxan atışma təxminən 3 dəqiqəyə yaxın davam edib. Sonunda sahibkar polis tərəfindən razı salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB