ABŞ-ın Nümayəndələr Palatası Suriya və İraqdan köç edən miqrantların ölkəyə girişi ilə bağlı qanun layihəsi hazırlayıb. Hazırlanmış bu layihənin miqrantların ABŞ-a köç etməsində böyük çətinliklər yaradacağı ehtimal olunur. Məhz buna görə də, layihənin səsverməyə qoyulacağı təqdirdə Ağ Ev, Obamanın layihəyə veto qoyacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, layihənin bu gün səsverməyə qoyulması gözlənilir. Lakin Ağ Ev rəhbərliyi layihə səsverməyə gedəcəyi təqdirdə Barak Obamanın qərara veto qoyacağını bildirib.
Ağ Evdən gələn açıqlamada bildirilib ki, layihə miqrantların ölkəyə girişini çətinləşdirəcək, buna görə də layihənin qəbulu lazımsız hesab olunur. Eyni zamanda qərarın Avropa və Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcəyi də qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB