Fransada fövqəladə hal 3 aya qədər uzadılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransanın Baş naziri Manula Vals Fransadakı fövqəladə halın 3 aya qədər uzadılmasını istəyib.
Onun sözlərinə görə, hazırda ölkə kimyəvi və bioloji silah hücumu təhlükəsi ilə qarşı-qarşıyadır və dövlət bu riski gözündən qaçıra bilməz.
Vals bu haqda Fransa Milli Məclisində çıxış edib. O, Fransada fövqəladə halın uzadılması ilə bağlı qanun layihəsi haqda danışıqlarda iştirak edib və təkliflər irəli sürüb. Vals millət vəkillərindən bu məsələ ilə bağlı dəstək istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB