Əsəddən Obamaya cavab Getməyəcəm!

Əsəddən Obamaya cavab Getməyəcəm!

Suriya dövlət başçısı Bəşər Əsəd İŞİD-i məğlub etməyincəyə qədər hakimiyyətdən getməyəcəyini açıqlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İtaliyanın "Rai" televiziyasına müsahibə verən Əsəd bildirib ki, Suriyanın bir çox bölgəsi terrorçuların əlində ikən siyasi sahədə hansısa bir uğura nail olmaq qeyri-mümkündür.

Bəşər Əsəd qeyd edib ki, o, terrorçu dedikdə sadəcə İŞİD nümayəndələrini nəzərdə tutmur, eyni zamanda hökumətə qarşı silahla döyüşən müxalif qüvvələri də terrorçu hesab edir: "Bu, hər bir ölkədə belədir. Hökumətə qarşı silahla cavab verən insanları müxalifətçi olaraq qəbul edə bilmərik".

Əsəd vurğulayıb ki, yalnız İŞİD-i məğlubiyyətə uğratdıqdan bir və ya iki il sonra hökumət seçkiləri keçirilə və o, bu seçkilərdə öz nümayəndəliyini irəli sürə bilər.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bundan əvvəl çıxış edərək Əsədin hökumətdən getməli olduğunu bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə