İŞİD-in istifadə etdiyi "bomba" FOTO

İŞİD-in istifadə etdiyi "bomba" FOTO

İŞİD-in təbliğatı jurnalı hesab edilən Dabıq bir müddət əvvəl Misirdə qəzaya uğramış Rusiya təyyarəsini partlatdıqları bombanı yayımlayıb və bir müddət əvvəl əsir götürdüyü Çin və Norveç vətəndaşları öldürdüyünü iddia edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD Norveç və Çin hökumətinin əsirlər üçün tələb olunan məbləği vermədiyini bildirib.

Bununla əlaqədar olaraq Norveç hökuməti kəskin şəkildə tənqidlərə məruz qalıb. Çin isə məsələ ilə bağlı sərt reaksiya verib.

Jurnalda eyni zamanda Rusiyaya məxsus A321 tipli sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb olan "bomba"nın fotosu da yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə