Filippinli ektremistlər malayziyalı biznesmeni qətlə yetiriblər

Filippinli ektremistlər malayziyalı biznesmeni qətlə yetiriblər

Filippinin "Əbu Sayyaf" ekstremist qruplaşmasının üzvləri Colo adasındakı İndanan yaşayış məntəqəsində girov saxladıqları malayziyalı biznesmen Bernard Tenanı qətlə yetiriblər. Bu barədə Malayziyanın BERNAMA informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş naziri Nacib Razak girovun qətli ilə bağlı onun ailə üzvlərinə başsağlığı verib.

"Əbu Sayyaf" Cənub-Şərqi Asiya regionunun ən böyük terrorçu qruplaşmalarından biridir. Bu qruplaşmanın üzvləri İŞİD-lə əlaqədə olduqlarını bəyan ediblər. Onlar regionun bir neçə dövlətinin ərazisində islam xilafəti yaratmaq niyyərindədirlər. Qruplaşma əsasən gəlir əldə etmək üçün girovlar götürməklə, Filippinin hökumət və təhlükəsizlik orqanlarına qarşı təxribatlar törətməklə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə