Fransada müsəlman oğlan Parisdə baş verən terror aktlarından sonra müsəlmanlara qarşı yaranan aqressiyaya qarşı qeyri-adi bir davranışla cavab verib. SİA-nın "Ruptly" informasiya mənbəyinə istinadən verdiyi məlumata görə, gənc oğlan gözlərini bağlayaraq küçənin ortasında insanlara səslənib.
Onun hərəkəti kütlənin diqqətinə səbəb olub.
Belə ki, o, gözlərini bağlayaraq kütlə arasında bu sözləri deyib: "Mən müsəlmanam və sizə terrorist olduğumu deyirəm. Mən sizə inanıram. Bəs siz mənə inanırsınız? Əgər inanırsınızsa məni qucaqlayın".
Bu sözlər qarşısında oğlanı bir neçə saniyə müşahidə edən insanlar daha sonra yaxınlaşaraq onu qucaqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB