İordaniya kralı II Abdulla İŞİD-in III Dünya Müharibəsi başlatdığını açıqlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Parisdə baş verən terror aktlarından bəhs edən kral İŞİD-in insanlığa qarşı III Dünya Müharibəsi başlatdığını bildirib.
Kosovo Respublikasına səfər edən kral II Abdulla bu müharibəyə qarşı bütün dövlətlərin birləşməli olduğunu vurğulayıb. O, İŞİD-in daha çox İslam ölkələrində fəal olduğunu və bu günə qədər 100 mindən çox müsəlman öldürdüyünü qeyd edib: "Parisdə baş verən terror aktları hər yerdə və istənilən zamanda baş verə bilər".
O, İŞİD terrorçularının ürəyində bir damla da insanlıq qanı olmadığını bildirib və onları vəhşi quldur adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB