Türkiyədə 4.1 bal gücündə zəlzələ baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Dənizli şəhərinin Honaz mahalında 4.1 bal gücündə zəlzələ baş verib.
Nazirlikdən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 12.35 radələrində yerin 17.09 km dərinliyində yaranıb.
4.1 ballıq zəlzələdən 10 dəqiqə sonra 1.5 və 1.6 gücündə daha 3 zəlzələ baş verib.
Honaz Bələdiyyəsi başçısı Turqut Dəmirçioğlu bildirib ki, zəlzələ nəticəsində bölgədə hər hansı bir tələfat və ya mal itkisi yaranmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB