4 millət vəkili haqda həbs qərarı çıxdı FOTO

4 millət vəkili haqda həbs qərarı çıxdı FOTO

Kosovoda 4 millət vəkilinin həbs edilməsi ilə bağlı qərar çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyim məlumata görə, Kosova Milli Məclisində baş verən şiddətli hadisələr və çıxışlarla bağlı müxalifət yönlü millət vəkilləri haqda həbs qərarı çıxıb.

Millət vəkillərindən biri Donika Kadaj Bujupi bu gün səhər saatlarında evindəcə həbs olunub.

Digər millət vəkilləri Albin Kurti, Albulena Haxhu və Faton Topalli hələ də axtarışdadırlar.

İstintaqa cəlb olunan millət vəkilləri Milli Məclisdə qaz bombasından istifadə etməklə qanunvericiliyin icrasına mane olmaqda günahlandırılıblar.

Qeyd edək ki, 25 avqusta Kosovo və Serbiya səlahiyyətliləri Kosovoda Serbiya Bələdiyyə Birliyinin qurulması və Qaradağ-Kosovo sərhədinin yenidən təşkil edilməsi ilə bağlı uzlaşma əldə olunub. Bu qərara qarşı çıxan müxalifət nümayəndələri Milli Məclisi boykot edib.

Bütün xəbərlər Facebook səhifəmizdə