Fransa polisi Parisdə baş verən terror hadisələri ilə bağlı paytaxtın şimal hissəsində yerləşən Sent-Denis şəhəri ətrafında apardığı axtarış əməliyyatlarını yekunlaşdırıb. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, iki nəfərin həlak olduğu axtarış əməliyyatları zamanı 7 şübhəli şəxs həbs edilib.
Paris prokurorluğundan verilən yazılı şərhdə bildirilib ki, qadın terrorçulardan biri üzərindəki bombanı partladaraq ölüb. Polisin verdiyi məlumata görə isə, digər bir terrorçu da polis tərəfindən vurulub.
Əməliyyatlar zamanı 5 polis əməkdaşı yüngül şəkildə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB