İŞİD terrorçularının planı FOTO

İŞİD terrorçularının planı FOTO

Türkiyədə, Atatürk Hava Limanında polis İŞİD nümayəndəsi olduğu şübhəli bilinən 8 nəfəri nəzarətə götürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, axtarış zamanı saxlanılan şəxslərin üzərindən əl ilə cızılan bir xəritə tapılıb.

Xəritənin içində Türkiyənin İstanbul şəhərindən İzmirə qədər olan yolun daha sonra Yunanıstan, Serbiya və Macarıstandan keçərək Almaniyada bitdiyi əks olunub.

Saxlanılan şəxslər Fasın Kasablanka şəhərindən gəlib. Onların özlərini miqrant kimi qələmə vermələrinə baxmayaraq polis tərəfindən nəzarətə götürülüblər. Hazırda bu şəxslər haqqında araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə