Nigeriyada terror aktı 32 ölü, 80 yaralı

Nigeriyada terror aktı 32 ölü, 80 yaralı

Nigeriyada yük maşını dayanacağında terror aktı baş verib. Kamikadze tərəfindən reallaşdırılan hücumda 32 nəfər həlak olub, 80 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terror aktının Bako Haram tərəfindən təşkil edildiyi ehtimal olunur.

Milli Təcili Yardım Rəhbərliyi agentliyi ölənlərin əksəriyyətini bölgədə yaşayan sakinlər, satıcılar və müştərilər olduğunu bildirib. Yaralıların çoxu xəstəxanaya yerləşdirilib. Ölü sayının artacağı ehtimal olunur.

Nigeriyanın dövlət başçısı Məhəmmədi Buxari öz tvitter profilindən terror aktını qınayıb: "İnsanlığın düşmənləri qalib gələ bilməyəcək. Hamımız əl-ələ verərək torpaqlarımızı terrordan xilas edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə