Almaniya polisi Parisdə törədilən terror aktında şübhəli bilinən üç nəfəri saxlayıb. İnterfax informasiya agentliyi xəbər verir ki, şübhəlilər ölkənin qərbində yerləşən Ahen şəhəri yaxınlığında həbs olunub.
Polis terror aktında şübhəli bilinən şəxslərdən birinin bu regionda ola biləcəyi barədə məlumat alıb. Əməliyyat nəticəsində iki qadının və bir kişinin saxlanıldığı bildirilir. Onların şəxsiyyəti və əməliyyatın təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. Bu faciə Fransada ən qanlı terror aktı kimi tarixə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB