Avropa Fransaya qoşun yeridir

Fransa prezidenti Fransua Olland və ölkənin müdafiə naziri Jen-Yves Le Drian terrora qarşı mübarizəni gücləndirmək və Fransada İŞİD-ə qarşı mübarizəni daha da genişləndirmək məqsədilə Avropa Birliyindən hərbi yardım tələb edib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Fransanın Müdafiə naziri Jen-Yves Le Drian Brüsseldə Avropa Birliyi ölkələri müdafiə nazirləri ilə görüşüb.

O bildirib ki, Fransa bu təhlükələrə qarşı tək başına mübarizə apara bilməz. Buna görə də nazir Lissabon müqaviləsinin 42.7 maddəsinə əsasən Avropa Birliyində yardım tələb edib.

Fransanın bu tələbi Avropa Birliyi ölkələrinin müdafiə nazirlərinin səs birliyi ilə qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə