50 şəhərdə nümayiş gözlənilir

50 şəhərdə nümayiş gözlənilir

17 noyabr - Beynəlxalq Tələbə günü ilə əlaqədar İtaliyanın 50 şəhərində tələbələr terrorizmə və ksenofobiyaya etiraz olaraq nümayiş keçirəcəklər. Builki nümayişlərin şüarı Parisdəki terror aktları ilə bağlı olacaq və sülhü təbliğ edəcək.

Romada fəaliyyət göstərən "Bilik Şəbəkəsi" tələbə təşkilatının nümayəndəsi Rikkardo Laterza artıq İtaliya parlamentinə bir sıra təkliflər təqdim etdiklərini bildirib: "Biz hamı üçün azad və bərabər təhsil istəyirik. Dünyanı sərhədsiz təsəvvür etməkdən qorxmuruq. İrqi nifrət, ksenofobiya və terrorizmə qarşı birliyimizi nümayiş etdiririk. Bu cür nümayişlər sosial bərabərsizliyə qarşı mübarizə aparmaq üçün yaxşı imkandır".

Bütün xəbərlər Facebook səhifəmizdə