Fransanın Baş naziri nikbin deyil

"Qarşıdakı günlərdə yeni terror aktları törədilə bilər"
Fransanın Baş naziri nikbin deyil

Fransanın Baş naziri Manuel Vals noyabrın 16-da RTL televiziya kanalında çıxışı zamanı fransızları ehtiyatlı olmağa çağırıb. O bildirib ki, məqsədi fransızları qorxutmaq deyil, ancaq qarşıdakı günlərdə yeni terror aktları baş verə bilər.

Baş nazir bir neçə aydır belə bir terror aktının mümkünlüyündən xəbərdar olduqlarını etiraf edib. O, yay ərzində 5 terror aktının törədilməsinin qarşısının alındığını bildirib.

Manuel Vals İŞİD-in fransız qırıcı təyyarələri tərəfindən bombardman edildiyini diqqətə çatdıraraq Parisdə törədilən terror aktlarının Suriyada planlaşdırıldığını vurğulayıb. "Cümə günü Parisdə baş verən terror aktları Suriya planının meyvəsidir və Belçikadan idarə olunub", - deyə Fransanın hökumət başçısı bildirib. O, Fransanın məqsədinin İŞİD–i tamamilə məhv etmək olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə